Rus ordusu bu şəhəri ələ keçirdi

Rus ordusu bu şəhəri ələ keçirdi
Gündəm 09 Aprel 2024 16:43

Rusiya ordusu Donetsk vilayətinin Krasnoqorovka şəhərini ələ keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşrinin analitiki Yulian Röpke məlumat yayıb.

“Əksi sübut olunana qədər, Rusiyanın Krasnoqorovkanın cənubuna uğurla desant çıxardığını və dəmiryol xətlərindən cənubda və şimalda bir neçə yaşayış məntəqəsini işğal etdiyini güman etməliyik”, - Röpke bildirib.