XİN Qazaxıstana başsağlığı verdi

XİN Qazaxıstana başsağlığı verdi
SİYASƏT 08 Aprel 2024 09:35

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Qardaş Qazaxıstanda baş verən dağıdıcı daşqınları dərin hüznlə qarşıladıq. Bu fəlakətdən zərər çəkən insanlara şəfa diləyirik, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Qardaş Qazaxıstanın xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik",- məlumatda qeyd olunub.