Rəng tələbi bu taksilərə şamil edilmir - Rəsmi

Rəng tələbi bu taksilərə şamil edilmir - Rəsmi
Gündəm 03 Aprel 2024 11:57

1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sitat.info-ya verilən məlumata görə, vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.