Validə Yusifova DTX tərəfindən həbs edildi - Şok səbəb

Validə Yusifova DTX tərəfindən həbs edildi - Şok səbəb
Gündəm 02 Aprel 2024 16:30

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Sitat.info xəbər verir ki, Validə Yusifova Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.