Ukraynada vəfat edən jurnalist dəfn olundu

Ukraynada vəfat edən jurnalist dəfn olundu
Gündəm 02 Aprel 2024 14:42

Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub.

Sitat.info xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, yaxınları və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib.

Mərhum jurnalist Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.