“Taliban” iki ABŞ vətəndaşını həbs edib

“Taliban” iki ABŞ vətəndaşını həbs edib
Dünya 01 Aprel 2024 09:57

Hazırda iki ABŞ vətəndaşı və bir neçə əcnəbi Əfqanıstan müvəqqəti hökumətinin nəzarətindədir.

Sitat.info-nun məlumatına görə, bunu “Taliban” hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid deyib.

Onun sözlərinə görə, əcnəbilər Əfqanıstan qanunlarını pozduqlarına görə həbs ediliblər.