AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi

AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
Gündəm 29 Mart 2024 11:30

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin U-15 Liqasında çıxış edən “Lion” komandası ilə bağlı qərarını ləğv edib.

Sitat.info xəbər verir ki, adıçəkilən klubun apellyasiya şikayəti qismən təmin olunub.

Belə ki, “Səbail”lə keçirilən görüşdən sonra azarkeşləri tərəfindən hakimlərin təhqir edilməsi və onlara hədə-qorxu gəlinməsi səbəbindən “Lion”a verilən 3 ev oyununu azarkeşsiz keçirmə cəzası ləğv olunub.

İş yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilib.