Yığmamız "Galatasaray"a qalib gəlib

Yığmamız \"Galatasaray\"a qalib gəlib
İdman 28 Mart 2024 14:44

16 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandaları Türkiyə toplanışını başa vurub.

Sitat.info xəbər verir ki, komandalarımız İstanbulda keçirilən hazırlığı qələbələrlə bitiriblər.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri növbəti 8 yoxlama oyununun yalnız birində məğlub olublar. Yüksək liqa təmsilçisi "Galatasaray"ın U16 komandası üzərində önəmli qələbə qazanan basketbolçularımız yalnız "Emlak Konut"la bacarmayıb.

U-16

Azərbaycan - "Qalatasaray" - 65:54

Azərbaycan - "Besaş" - 82:56

Azərbaycan - "Bursa Uludağ" - 69:57

Azərbaycan - "Emlak Konut" - 54:66

U-18

Azərbaycan - "Besaş" - 72:61

Azərbaycan - "Bursa Uludağ" - 84:70

Azərbaycan - "İstanbul Allstar" - 75:74

Qeyd edək ki, qızlarımız bu təlim-məşq toplanışında keçirilmiş yoxlama oyunlarında 14 qələbə qazanıb və cəmi bir dəfə məğlub olublar.