İsmayıllıda 18 kənd sürüşmə riski yüksək olan ərazidə yerləşir

İsmayıllıda 18 kənd sürüşmə riski yüksək olan ərazidə yerləşir
SOSİAL 14 Aprel 2022 18:59

"İsmayıllı rayonunda 18 kənd sürüşmə riski nisbətən yüksək olan ərazidə yerləşir".

APA xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov bildirib.

O qeyd edib ki, İsmayıllının 30-a yaxın kəndindən şəhərlərə miqrasiya olub, rayonda hətta bir neçə ailənin yaşadığı dağ kəndləri var: “İqlim dəyişmələri və əlaqədar təbii proseslər insanların miqrasiya etməsinin əsas səbəblərindən biridir”.