Blinken atəşkəs üçün İsrailə gəldi

Blinken atəşkəs üçün İsrailə gəldi
Dünya 22 Mart 2024 14:28

ABŞ Dövlət katibi Entoni Blinkenin İsrailə səfəri başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Qüdsdəki səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, E.Blinken İsrailin Ben Qurion hava limanına çatıb.

ABŞ Dövlət katibinin bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi və HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəyi gözlənilir .

Məlumata görə, o, Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, bu, 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə müharibə başlayandan bəri E.Blinkenin İsrailə altıncı səfəridir.