Yağıntılı hava şəraitinə görə yollarda görmə məsafəsi məhdudlaşacaq

Yağıntılı hava şəraitinə görə yollarda görmə məsafəsi məhdudlaşacaq
Gündəm 21 Mart 2024 09:00

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Sitat.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit, yağıntılı, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.