Sərhəddə buraxılış məntəqələrinin sayı artdı

Sərhəddə buraxılış məntəqələrinin sayı artdı
Gündəm 18 Mart 2024 18:45

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb.

Sitat.info xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) siyahıya daxil edilib.