Vilayət Eyvazovdan Xankəndi PŞ-yə yeni təyinat

Vilayət Eyvazovdan Xankəndi PŞ-yə yeni təyinat
SİYASƏT 14 Mart 2024 15:50

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub.

Sitat.info xəbər verir ki, nazirin əmrinə əsasən, polis mayoru Yaqub Hüseynov Xankəndi Şəhər Polis Şöbəsində xidmət üzrə rəis müavini təyin olunub.

Məlumat üçün bildirək ki, Y.Hüseynov daha öncə Göygöl Rayon Polis Şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.