Ukraynada bu günə qədər ölən və yaralanan uşaqların sayı açıqlandı

Ukraynada bu günə qədər ölən və yaralanan uşaqların sayı açıqlandı
SOSİAL 14 Aprel 2022 11:20

Fevralın 24-də Rusiyanın işğalçı müharibəyə başlaması ilə Ukraynanın bir neçə şəhəri hücumlara məruz qaldı. Qadağan olunmuş silahların belə atıldığı bölgələrdə günahsız insanlar qətlə yetirildi, minlərlə insan əsir götürüldü, dəhşətli işgəncələrə , zorakılıqlara məruz qaldı.

Ukrayna hökuməti bu gün 49 gün ərzində ölən və yaralanan uşaqların sayını açıqlayıb. 

Ukraynada müharibə başlayandan bəri 197 uşaq ölüb, daha 351 uşaq yaralanıb.