Nöqsanlara yol verən məktəb direktoru işdən çıxarıldı

Nöqsanlara yol verən məktəb direktoru işdən çıxarıldı
Gündəm 13 Mart 2024 17:49

Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifəsindən azad olunub.

Sitat.info xəbər verir ki, bunula bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.