Aİ binaların enerji səmərəliliyini artıracaq

Aİ binaların enerji səmərəliliyini artıracaq
Gündəm 12 Mart 2024 23:38

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrində binaların enerji göstəricilərini artıracaq və karbon emissiyalarını azaldacaq qanunu təsdiqləyib.

Sitat.info xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən AP Baş Assambleyasının iclasında binalarda enerji performansı qaydalarını dəyişdirəcək qanun 370 “Hə” və 199 “Xeyr” səsi ilə qəbul edilib.

Yeni qaydalara əsasən, binaların enerji istehlakı və istixana qazı emissiyaları azalacaq.

Kənan

Sitat.info