Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü - Video

Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü - Video
Dünya 12 Mart 2024 15:32

Rusiyanın İvanovo şəhəri yaxınlığında İl-76MD təyyarəsi qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, təyyarə havada olarkən alovlanıb və yerə çırpılıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə 8 ekipaj üzvü və 7 sərnişin olub.

İlkin məlumata görə, göyərtədə olan bütün sərnişin və ekipaj üzvləri ölüb.