İtaliyanın məşhur klubu Qurbanovu istəyir – İddia

İtaliyanın məşhur klubu Qurbanovu istəyir – İddia
Gündəm 09 Mart 2024 15:26

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyanın "Latsio" klubunun baş məşqçi postuna namizədlər arasında yer alıb.

Sitat.info xəbər verir ki, bu barədə iddianı “Azərbaycan futbolu” səhifəsi yayıb.

Bildirilib ki, “A” seriyasında 9-cu pillədə olan "Latsio"nun baş məşqçi görmək istədiyi şəxslərdən biri də Qurbanovdur.

Qeyd edək ki, Q.Qurbanovu Türkiyənin məşhur klublarının da arzuladığı haqda məlumat yayılmışdı.