BMT: Qəzzadakı vəziyyət bizi gecələr oyaq saxlamalıdır

BMT: Qəzzadakı vəziyyət bizi gecələr oyaq saxlamalıdır
Gündəm 08 Mart 2024 13:02

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths, Qəzzada hücumların 6-cı aya girdiyi bir vaxtda vəziyyətin ciddiliyinə diqqət çəkərək deyib: "Qəzzada vəziyyət bizi gecələr oyaq saxlamalıdır".

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Martin Griffiths X sosial media hesabında paylaşım edib.

Qəzzada yarım milyondan çox insanın aclıqdan ölmək ərəfəsində olduğunu bildirən Griffiths, uşaqların aclıqdan öldüyünü deyib.

Seymur Bənnayev

Sitat.info