Fransa ordusunu bu ölkədən çıxarmayacaq

Fransa ordusunu bu ölkədən çıxarmayacaq
Gündəm 08 Mart 2024 17:33

Fransa hakimiyyəti mövqeyini dəyişmək və qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil.

Sitat.info xəbər verir ki, bunu Fransa Prezidentinin Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokel Çad Prezidenti Mahamat İdris Debi ilə danışıqlardan sonra deyib.

Bokelin sözlərinə görə, Fransa hökuməti regionda təhlükəsizlik sisteminin uyğunlaşdırılması üçün Çad hakimiyyəti ilə əməkdaşlığa hazırdır.

O qeyd edib ki, Fransa Çadda qalmalıdır və qalacaq.

Xatırladaq ki, bu Afrika ölkəsində hazırda minə yaxın fransalı hərbçi var.