Rusiya ABŞ səfirini çağırdı, nota verdi

Rusiya ABŞ səfirini çağırdı, nota verdi
Dünya 07 Mart 2024 17:18

ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfirə Rusiyada arzuolunmaz hesab edilən üç ABŞ QHT-sinə hər hansı yardımı dayandırmağı tələb edən nota da təqdim olunub.

Səfirə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı, qovulma da daxil olmaqla, alınacaq.