Çexiya səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib - FOTO

Çexiya səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib - FOTO
Gündəm 13 Aprel 2022 18:24

Çex Respublikasının səfirliyi Kiyevdə öz fəaliyyətini bərpa edib.

APA xəbər verir ki, bu barədə Çex Respublikasının Xarici İşlər Nazirliyindən  məlumat verilib.

“Kiyevdə Çexiya bayrağı yenidən dalğalanır, çex diplomatları geri döndü. Bu, Ukraynanı dəstəklədiyimiz bir çox addımlardan biridir. Çexiya Ukraynanın arxasında dayanıb və həmişə də dayanacaq", - qeyd olunub.

Xatırladaq ki, Rusiya hərbi qüvvələri Kiyev istiqamətində hücuma keçdiyi üçün əksər dövlətlər təhlükəsizlik səbəbindən Kiyevdəki səfirliklərinin fəaliyyətini dayandırmışdı.