Dendias İrəvanda dördtərəfli əməkdaşlıqdan danışdı

Dendias İrəvanda dördtərəfli əməkdaşlıqdan danışdı
Gündəm 04 Mart 2024 19:00

Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli hərbi əməkdaşlıq yaradılıb.

Sitat.info xəbər verir ki, bunu İrəvanda səfərdə olan Yunanıstan milli müdafiə naziri Nikos Dendias deyib.

O qeyd edib ki, üçtərəfli format dörtərəfli də ola bilər:

“Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”.