Rusiya 6 ay müddətinə benzin ixracına qadağa qoyub

Rusiya 6 ay müddətinə benzin ixracına qadağa qoyub
Dünya 29 Fevral 2024 21:16

Rusiya hökuməti martın 1-dən başlayaraq 6 ay müddətinə benzin ixracına qadağa qoyub.

Sitat.info xəbər verir ki, Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkənin yanacaq bazarında sabitliyin qorunub saxlanılması üçün tədbirlərin görüldüyü və bu çərçivədə 1 mart tarixindən etibarən benzin ixracının 6 ay müddətinə qadağan edildiyi, Avrasiya İqtisadi Birliyi ölkələri də daxil olmaqla hökumətlərarası razılaşmalarla edilən daşımaların bu qərar çərçivəsində olmadığı bildirilib. 

Baş nazirin müavini Aleksandr Novak dünən deyib ki, benzin ixracına qoyulan mümkün qadağa nəzərdə tutulduğundan daha tez aradan qaldırıla bilər.

Seymur Bənnayev

Sitat.info