Çin bu il kosmik stansiyaya iki insanlı ekspedisiya edəcək

Çin bu il kosmik stansiyaya iki insanlı ekspedisiya edəcək
Gündəm 29 Fevral 2024 20:08

Çinin Yer orbitində qurduğu Tienqonq (Göy Sarayı) Kosmik Stansiyasına bu il iki insanlı ekspedisiyanın olacağı bildirilir.

Sitat.info xəbər verir ki, Çin İnsanlı Kosmik Ekspedisiya Agentliyindən (CMSA) verilən açıqlamada, "Şıncou-18" və "Şıncou-19" missiyaları ilə stansiyaya yeni taikonavt qruplarının daşınmasının planlaşdırıldığı bildirilib.

Açıqlamada stansiyaya təyin olunacaq yeni taykonavtların seçildiyi və onların təlimlərinin davam etdirildiyi qeyd edilib.

Türkan

​​​​​​Sitat.info