Fransa Xocalı soyqırımını vəhşilik adlandırdı

Fransa Xocalı soyqırımını vəhşilik adlandırdı
Gündəm 26 Fevral 2024 13:58

Fransanın Azərbaycandakı səfirliyi Xocalıda baş verən faciəvi hadisələrin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik X hesabında paylaşım edib.

“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının kədərinə şərikik. Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasına çalışmaq lazımdır”, - paylaşımda qeyd edilib.