İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi
SİYASƏT 23 Fevral 2024 11:23

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb.

Sitat.info təbrikin mətnini təqdim edir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".