Ermənistan DİN Zeynallı ilə bağlı açıqlama yaydı

Ermənistan DİN Zeynallı ilə bağlı açıqlama yaydı
Gündəm 21 Fevral 2024 13:01

Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.

“Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir.

Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.