Ukrayna PUA istehsalı üçün Qərbdən pul istəyib

Ukrayna PUA istehsalı üçün Qərbdən pul istəyib
Dünya 21 Fevral 2024 10:42

Ukrayna hakimiyyəti Qərb ölkələrindən öz ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına 1,5 milyard dollar sərmayə qoymağı xahiş edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko məlumat verib.

"Biz Ukraynada PUA istehsalına 1,5 milyard dollar cəlb etmək imkanını axtarırıq. Tərəfdaşları pilotsuz təyyarələrin ən effektiv tədqiqi və inkişafına sərmayə qoymağa çağırırıq", - deyə Çernoqorenko bildirib.