Mövlud Süleymanlı süni tənəffüs aparatına qoşuldu

Mövlud Süleymanlı süni tənəffüs aparatına qoşuldu
Gündəm 19 Fevral 2024 12:28

Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.

Sitat.info xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.

R.Məmməd bildirib ki, o, süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir:

"Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur".