Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
Dünya 12 Fevral 2024 10:16

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.7 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 11 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.