Şok xəbər: Rusiya Mariupolda kimyəvi silah tətbiq etdi
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
Sitat.info bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
Azov Telegram-da bildirib ki, maddə drondan atılıb. Bəzi mənbələr kimyəvi silahdan istifadə iddiası irəli sürüb.
Bildirilir ki, qurbanlarda tənəffüs çatışmazlığı və vestibulo-ataktik sindrom (damar sistemində nasazlıq yaradır) müşahidə olunur.