Moskvadan Qarabağdakı sülhməramlılarla bağlı vacib açıqlama

Moskvadan Qarabağdakı sülhməramlılarla bağlı vacib açıqlama
Gündəm 10 Fevral 2024 12:13

Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

Sitat.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Qaluzin qeyd edib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır.

"Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.