Xankəndidə beynəlxalq yarışların keçirilməsi... - Nazir

Xankəndidə beynəlxalq yarışların keçirilməsi... - Nazir
Gündəm 09 Fevral 2024 15:20

Xankəndi şəhərində yerli və beynəlxalq idman yarışlarının keçirilməsi üçün müvafiq federasiyalarla danışıqlar aparılır.

Sitat.info xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Türkan qəsəbəsində yerləşən idman kompleksinin açılışından sonra jurnalistlərə açıqlamasında deyib.

"Bilirsiniz ki, ərazi bütövlüyümüz təmin olunduqdan sonra Qarabağ bölgəsində müxtəlif idman yarışları keçirilib. Hətta Xankəndidən Bakı şəhərinə marafon təşkil olunacaq. Əlbəttə ki, bu cür tədbirlərin davamı olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik".