Qarabağın ən böyük məscidi burada inşa olunur - Video

Qarabağın ən böyük məscidi burada inşa olunur - Video
Gündəm 08 Fevral 2024 17:05

Qarabağın ən böyük, Laçın rayonunun isə ilk məscidi inşa edilir.

Sitat.info xəbər verir ki, bu barədə AzTV-nin Laçına ezam olunmuş əməkdaşı məlumat verib.

Qeyd edilib ki, bu ilin sonuna kimi həmin məscidin təhvil verilməsi planlaşdırılıb.

O da bildirilib ki, Laçında bərpa və yenidənqurma işlərinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə 500 evdə təmir-bərpa işləri aparılacaq və ilin sonuna kimi bu evlər sakinlərin istifadəsinə veriləcək.