Bu gün bayramdır, çünki... - Mikayıl Cabbarov

Bu gün bayramdır, çünki... - Mikayıl Cabbarov
Gündəm 07 Fevral 2024 16:00

Bu gün 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və ailəsi səs verib.

Sitat.info xəbər verir ki, Mikayıl Cabbarov səsvermədən sonra media nümayəndələrinin suallarını cavablandırıb.

M.Cəbrayılov bildirib ki, bu gün bayram günüdür:

“Çünki biz ölkəmizin müstəqillik tarixində ilk dəfə prezident seçkisini Azərbaycan Respublikasının bütün suveren ərazisində keçiririk. Hesab edirəm ki, ölkəmiz üçün böyük xoşbəxtlikdir. Ölkəmizin inkşafının yeni mərhələsidir”, - Cabbarov deyib.