Prezidentliyə namizəd Razi Nurullayev səs verdi

Prezidentliyə namizəd Razi Nurullayev səs verdi
SİYASƏT 07 Fevral 2024 12:15

Prezidentliyə namizəd Razi Nurullayev səs verib.

Sitat.info xəbər verir ki, Razi Nurullayev 8 saylı dairənin 12 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.