Laçında səsvermə başlayıb

Laçında səsvermə başlayıb
SİYASƏT 07 Fevral 2024 09:22

İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.

Sitat.info xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb.

Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir. Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.