Husilər: ABŞ və Böyük Britaniya Sədaya hava zərbəsi endirib

Husilər: ABŞ və Böyük Britaniya Sədaya hava zərbəsi endirib
Gündəm 06 Fevral 2024 14:44

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın ölkənin şimal-qərbindəki Səda şəhərinə hava zərbəsi endirdiyini bildirib.

Sitat.info xəbər verir ki, Husilərə bağlı SABA agentliyində yer alan xəbərə görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri Sədanın şərqinə 3 hava zərbəsi endirib.

Yəmənin şimal-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Səda husilərin “qalası” kimi tanınır.

Kənan

Sitat.info