Qəzzada ölənlərin sayı 27 min 585-ə yüksəlib

Qəzzada ölənlərin sayı 27 min 585-ə yüksəlib
Gündəm 06 Fevral 2024 13:21

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölən fələstinlilərin sayı son 24 saatda 107 nəfər artaraq 27 min 585-ə çatıb.

Sitat.info xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağında 123 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında 12 qırğın törətdiyi və bu hücumlarda 107 nəfərin öldüyü, 143 nəfərin yaralandığı bildirilib.

Kənan

Sitat.info