Bu gün geomaqnit qasırğası gözlənilir

Bu gün geomaqnit qasırğası gözlənilir
Gündəm 05 Fevral 2024 10:30

Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bu barədə Sitat.info-ya BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.