SEPAH Suriyadakı zabitlərini geri çağırır

SEPAH Suriyadakı zabitlərini geri çağırır
Gündəm 01 Fevral 2024 18:09

İran SEPAH komandirlərini qorumaq üçün onları Suriyadan geri çağırır.

Sitat.info xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

“Tehran hökumətinin SEPAH zabitlərini Suriyadan çıxarması İsrailə qarşı əməliyyatların dayandırılması anlamına gəmir. İran bundan sonra əməliyyatları uzaqdan və Hizbullah təşkilatı vasitəsilə həyata keçirməyə hazırlaşır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, İsrailin Suriyada SEPAH-ın mərkəzlərinə sonuncu hücumu zamanı İranın 5 yüksək rütbəli zabit ölüb.