İsrail qüvvələri xəstəxanaya basqın edərək 3 fələstinlini öldürüb

İsrail qüvvələri xəstəxanaya basqın edərək 3 fələstinlini öldürüb
Gündəm 30 Yanvar 2024 10:58

İşğal altındakı İordan çayının qərb sahilində xəstəxanaya basqın edən İsrail qüvvələri biri müalicə olunan 3 fələstinlini öldürüb.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cənin şəhərindəki İbn Sina xəstəxanasına basqın edib.

İsrail əsgərləri basqın zamanı xəstəxanada 3 fələstinlini öldürüb.

Kənan

Sitat.info