Prezident onlara general-mayor rütbəsi verdi

Prezident onlara general-mayor rütbəsi verdi
SİYASƏT 29 Yanvar 2024 16:10

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini

Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru.