"Brent" nefti bahalaşır: Birjalara "od vuran" hadisələr...
Beynəlxalq bazarlarda Brent markalı neftin barel qiyməti həftəyə 83,16 dollardan başlayıb.
Həftə sonu Qırmızı dənizdə gərginliyi artıran aktivliyin ardından neft qiymətləri yeni həftəyə yüksəlişlə başlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü bildirib ki, ABŞ Qırmızı dənizdə Yəməndə İranın dəstəklədiyi husilərə məxsus gəmi əleyhinə raketi vurub.
Açıqlamada gəmi əleyhinə raketin husilərin nəzarət etdiyi bölgədə təsbit edildiyi və bunun bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələri üçün təhlükə yaratdığının müəyyən edildiyi qeyd edilib.
Bazar günü İordaniya hökuməti Suriya sərhədindəki Tenef bazasındakı ABŞ qüvvələrinə hücum etdiyini açıqlayıb. Pilotsuz uçuş aparatının hücumu nəticəsində 3 ABŞ əsgərinin həlak olduğu bildirilib.
ABŞ prezidenti Co Bayden bunu edənlərin məsuliyyətə cəlb ediləcəyini və müharibədə mübarizəni davam etdirəcəklərini qeyd edib.
Neft qiymətlərinin yüksəlişi regionda baş verən hücumların daha geniş münaqişəyə çevrilə biləcəyi və Yaxın Şərqdə tədarükün kəsilməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırması ilə dəstəkləndi.
Digər tərəfdən, dünyanın ən çox neft istehlak edən ölkəsi olan ABŞ-da iqtisadi fəallığın güclü olduğunu göstərən məlumatlar da neft qiymətlərinin artmasında təsirli olur.
Bazarlarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) çərşənbə günü faiz siyasətini sabit saxlayacağı bəli olsa da, gələn siqnalların və FED sədri Jerome Powellin açıqlamalarının aktiv qiymətlərinə təsir edəcəyi gözlənilir.
Bildirilir ki, texniki baxımdan Brent markalı neftin 83,88-84,72 dollar arası diapazonu müqavimət, 83,09-82,84 dollar arası isə dəstək zonası kimi baxıla bilər.
Nərgiz,
Sitat.info