ABŞ dayansa, İsrail 10 dəqiqə savaş apara bilməz - İran

ABŞ dayansa, İsrail 10 dəqiqə savaş apara bilməz - İran
Gündəm 25 Yanvar 2024 19:20

Yəmənlilərin bizə dediyinə görə, Qəzzada soyqırım dərhal dayanarsa, Qırmızı dənizdə təhlükəsizlik bərpa olunacaq.

Sitat.info xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Bütün tərəflər gərginliyi azaltmalı və siyasi həll yoluna çalışmalıdır. Bu gün ABŞ İsrailə logistik, silah, siyasi və media dəstəyini kəsər və Qəzzada soyqırıma yardım etməzsə, Netanyahu müharibəni 10 dəqiqə belə davam etdirə bilməz”, - deyə XİN rəhbəri bildirib.