Laçın sakinlərindən 7 tüfəng götürüldü

Laçın sakinlərindən 7 tüfəng götürüldü
Gündəm 25 Yanvar 2024 19:01

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində vətəndaşlar tərəfindən odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sitat.info-ya bildirilib ki, tədbirlər zamanı polis əməkdaşları müxtəlif kalibrli 7 tüfəngi təhvil götürüblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.