Hərbi hissələrdə döyüş texnikası və silahlar yoxlanılır

Hərbi hissələrdə döyüş texnikası və silahlar yoxlanılır
Gündəm 24 Yanvar 2024 10:45

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Yeni tədris dövrünə hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, eləcə də şəxsi heyətin təchizatı yoxlanılır.

Bundan başqa, rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılır.