İsrail Livandan atılan PUA-nı məhv etdiyini və bəzi hədəfləri vurduğunu açıqlayıb
İsrail ordusu Livan ərazisindən göndərildiyi bildirilən pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini və Hizbullah "hədəflərinə" hücum edildiyini bildirib.
Sitat.info xəbər verir ki, Ordudan verilən açıqlamada, sözügedən PUA-nın İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilib.
Açıqlamada İsrail döyüş təyyarələrinin bu gün səhər və günorta saatlarında Hizbullah "hədəflərinə" hava zərbələri endirdiyi bildirilib. O da qeyd olunub ki, ötən axşam Suriyadan İsrailə atılan raketlərə cavab olaraq Suriyaya məxsus strukturlar, ordu tank atəşi ilə hədəfə alınıb.
Seymur Bənnayev
Sitat.info