Abşeronda 39 yaşlı kişi qətlə yetirildi

Abşeronda 39 yaşlı kişi qətlə yetirildi
Gündəm 18 Yanvar 2024 16:45

Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1985-cı il təvəllüdlü Elvin Seyidpirəli oğlu Ələkbərovun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.